Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
Yusuf Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.
Mundiala avqustun 24-də yekun vurulacaq.