ABŞ Prezidenti Donald Tramp bütün tənqilərə baxmayaraq Ukrayna böhranına son qoymaqda qətiyyətli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Ukrayna münaqişəsi dövründə mən prezident olsaydım bu, heç vaxt baş verməzdi. Mən nə etdiyimi dəqiq bilirəm və bu illər ərzində bütün bu münaqişələr üzərində çalışıb heç bir nəticə əldə etməyən insanların məsləhətlərinə ehtiyacım yoxdur. Onlar ağılsız, sağlam düşüncədən, intellektdən və anlayışdan məhrum insanlardır və Rusiya ilə Ukrayna arasındakı bu fəlakətin həllini yalnız çətinləşdirirlər”,– o bildirib.
“Bütün məsuliyyətsiz və qısqanc tənqidçilərimə baxmayaraq bu məsələni həll edəcəyəm. Mən hər zaman belə etmişəm”, – deyə Tramp əlavə edib.