RU

“Tottenhem” kapitanı ilə yeni müqavilə imzaladı

“Tottenhem” klubu komandanın kapitanı və müdafiəçisi Kristiano Romero ilə yeni uzunmüddətli müqavilə bağlayıb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçunun sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Romero ilə əvvəlki müqavilə 2027-ci ildə başa çatmalı idi. 27 yaşlı müdafiəçi 2021-ci ildən “Tottenhem”də çıxış edir. O, İngiltərə klubuna İtaliyanın “Atalanta”sından transfer olunmuşdu. Cari mövsümdə Romero iki oyunda meydana çıxıb və artıq bir qol vurmağı bacarıb.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın II turunda avqustun 23-də səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Избранный
50
23
90deqiqe.az

10Источники