AZ

"Qalatasaray"bu isveçrəli futbolçuya "elçi düşüb"


"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanci İstanbulun "Qalatasaray" futbol klubuna keçə bilər. Bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki səhifəsində xəbər verib. Mənbənin sözlərinə görə, Türkiyə klubu artıq “şəhərlilər” və futbolçunun agenti ilə əlaqə saxlayır. Futbolçunun özü hələ qərar verməyib.

Akanci İsveçrə futbolunun yetirməsidir. Böyüklər səviyyəsində o, həmçinin "Vintertur", "Bazel" və Dortmund "Borussiya"sında oynayıb və 2017-ci ildən İsveçrə millisində çıxış edir. “Transfermarkt” saytının məlumatına görə, Manuelin hazırkı bazar dəyəri 28 milyon avrodur. Müdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Mətləb

Seçilən
29
50
baki-xeber.com

10Mənbələr