RU

Zelenski Trampla görüşdən əvvəl Qərb liderləri ilə məsləhətləşib

Ukrayna prezidenti bildirib ki, Putinin könüllü şəkildə təcavüzdən imtina edəcəyinə inanmaq olmaz və ona qarşı birgə təzyiq vacibdir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, ABŞ-a səfəri çərçivəsində Ağ Evə yollanmadan öncə Ukrayna prezidenti Vladimir Zelenski Finlandiya, Böyük Britaniya, İtaliya liderləri, Avropa Komissiyası rəhbərliyi və NATO-nun baş katibi ilə Ukraynanın Vaşinqtondakı səfirliyində görüş keçirib. Görüşün məqsədi ABŞ prezidenti Donald Tramp ilə nəzərdə tutulan danışıqlar öncəsi mövqeləri uzlaşdırmaq olub.

Zelenski sosial şəbəkə X-də paylaşım edərək yazıb:

“Biz anlayırıq ki, Putindən könüllü şəkildə təcavüzdən və yeni işğal cəhdlərindən imtina etməsini gözləmək olmaz. Məhz buna görə təzyiq işləməlidir və bu təzyiq ümumi olmalıdır – həm ABŞ-dan, həm Avropadan, həm də dünyada həyat hüququnu və beynəlxalq nizamı hörmətlə qarşılayan hər kəsdən”.

Siyasi müşahidəçilər qeyd edirlər ki, Zelenskinin bu təşəbbüsü Kiyevin Qərb tərəfdaşları ilə vahid mövqe nümayiş etdirmək və Tramp administrasiyasını daha sərt xətt tutmağa inandırmaq cəhdi kimi dəyərləndirilir.

Poliqon.info

Избранный
41
50
poliqon.info

10Источники