RU

Aİ liderləri fövqəladə sammit keçirəcəklər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra, avqustun 19-da Avropa İttifaqının (Aİ) konfrans rejimində fövqəladə sammiti keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta "X" sosial şəbəkəsində məlumat verib.

"Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam", - Koşta yazıb.

O həmçinin Aİ və ABŞ-nin Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq məqsədilə çalışacaqlarına ümid etdiyini bildirib.

Xatırladaq ki, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında avqustun 18-də Ağ Evdə görüş planlaşdırılır. Onlar əvvəlcə üzbəüz danışacaqlar, daha sonra isə Aİ və NATO nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
36
oxu.az

10Источники