ABŞ Prezident Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşdə bir Avropa lideri də iştirak etsin.
Bakues.az xəbər verir ki, bu təklifi Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə səsləndirib.
“Üçtərəfli görüş ideyası çox vacibdir, çünki bu, problemi həll etməyin yeganə yoludur. Yeri gəlmişkən, düşünürəm ki, bunun davamı olaraq, yəqin ki, dördtərəfli görüşə ehtiyacımız olacaq, çünki təhlükəsizlik zəmanəti həm də bütün Avropa üçün keçərlidir”, – o deyib.