RU

Danışıqlardan sonra Aİ onlayn toplanacaq

Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Aİ-nin videokonfrans rejimində fövqəladə sammiti keçiriləcək.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində məlumat verib.

“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, – Koşta yazıb.

O, həmçinin Aİ-nin ABŞ-lə birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq üçün çalışacağına ümid etdiyini bildirib.

 

Избранный
2
17
konkret.az

10Источники