
ABŞ-ın NATO-da daimi nümayəndəsi Metyu Uitaker Fox News-a müsahibəsində bildirib ki, Avropa ölkələrinin müdafiə xərclərini artırması fonunda Ukrayna onların böyük hərbi texnika tədarükçüsünə çevrilə bilər.“Onlar [Ukrayna] şübhəsiz ki, Avropaya böyük hərbi texnika ixracatçısı olacaqlar, çünki Avropa ölkələri hamının razılaşdığı kimi müdafiəyə 5% xərcləyəcək”, – deyə o vurğulayıb.Uitaker əlavə edib ki, artıq indidən Ukrayna iqtisadiyyatının gələcəkdə necə görünəcəyi barədə düşünmək lazımdır. Onun sözlərinə görə, ölkə yalnız müdafiə sektorunu deyil, həm də kənd təsərrüfatını, limanları və infrastrukturunu bərpa etməlidir. Bunun üçün isə əsasən Avropadan gələcək “çoxlu pul” lazım olacaq.Ulusum.az
Diqqət Çəkənlər
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ryazanda dəhşətli partlayış – Ölənlərin sayı artır, yüzlərlə yaralı - VİDEO