Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yeni tədbirlər həyata keçirməli və onları maddi olaraq qarşılamalıdırlar.
Bakues.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Fox News”a müsahibəsində bildirib.
“Onlar (ukraynalılar – red.) başa düşürlər ki, dayanıqlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik zəmanəti lazımdır. Bunu da avropalılar təmin etməli və ödəməlidirlər”, – o deyib.