Bu ilin yanvar-iyul aylarında Azərbaycana 63 401 ədəd avtomobil idxal edilib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,2 milyard ABŞ dolları olub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12 222 ədəd və ya 23,9%, dəyər ifadəsi ilə 227,2 milyon ABŞ dolları, yaxud da 24,1% artıb.
Dövr ərzində ölkəyə 25,2 milyon ABŞ dolları dəyərində 305 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,1 milyard ABŞ dolları dəyərində 58 044 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.