AZ

Azərbaycanın xaricə satdığı fındıq 2 manatadək bahalaşıb

Bu ilin ilk 7 ayında Azərbaycandan 82,5 milyon dollar həcmində 11 min 437 ton meşə fındığı ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 28 milyon dollar və ya 51,4%, miqdar ifadəsilə isə 2 min 593 ton, başqa sözlə 29,3% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 54,5 milyon dollar dəyərində 8 min 844 ton fındıq ixrac olunmuşdu.

Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 12 manat 26 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 46 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 80 qəpik və ya 17,2% bahalaşma deməkdir.

Bu il 7 ayında ümumi ixracın 0,54%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,95%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,34% olub.


Seçilən
3
27
fed.az

10Mənbələr