BAKI, 18 avqust. TELEQRAF
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yol maneəsiz olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bunun ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamədə təsbit olunduğunu xatırladıb.