AZ

Paşinyan xalqa səsləndi: "Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar, birincisi..." (YENİLƏNİB)

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər: "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin hazırkı Prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynadığını bildirib.

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Bu prosesdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də Azərbaycan Prezidenti ilə birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik”, - o bildirib(report).

"Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir".

Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır: “Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”.

***

Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.

“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.

“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.

"Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur".

“34 illik dövlətçiliyimizin tarixində bütün xarici siyasət və diplomatik hadisələri “qələbə və ya məğlubiyyət” şkalası ilə qiymətləndirməyə çalışmışıq. Hörmətli xalqım, özümdə cəsarət tapıb deyirəm ki, məsələlərə belə yanaşmaq yanlışdır. Çünki seçim həmişə qələbə və məğlubiyyət arasındadırsa, məğlubiyyət qaçılmazdır”, - o bildirib.

“Bir dəfə, iki dəfə, üç dəfə, hətta beş və ya on dəfə qalib gələ bilərsən, amma razılığa gələn bütün tərəflərə uğur vəd edən qarşılıqlı razılaşma düsturu tam başqa bir şeydir. Vaşinqton razılaşmaları həm Ermənistan, həm Azərbaycan, hətta ABŞ üçün mütləq uğurdur. Onlar dövlətimizi etibarlı, sabit və əbədi edir, müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirir, rifahımızı və xoşbəxtliyimizi real edir”, - Ermənistan hökumətinin başçısı bildirib(Report).

MİA.AZ

Seçilən
74
50
mia.az

10Mənbələr