FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq.


Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Luka Pairetto VAR, digər referimiz Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.


Görüş avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.