RU

Lukaku zədə səbəbindən aylarla yaşıl meydanlardan kənarda qala bilər

 "Napoli"nin hücumçusu Romelu Lukaku "Olimpiakos"la yoldaşlıq görüşündə (2:1) ciddi zədə alıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 32 yaşlı futbolçu müayinədən keçib və onun sol ayağının düz bud əzələsinin zədələndiyi məlum olub. Lukaku reabilitasiyaya başlayıb və tezliklə cərrahla məsləhətləşmədən keçəcək.

Jurnalist Canluka Di Marzionun sözlərinə görə , hücumçu ən azı 3 ay meydana çıxa bilməyəcək.

2024/25 mövsümündə Lukaku "Napoli"nin heyətində bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.

Избранный
2
9
operativmedia.az

10Источники