Məsələ ilə bağlı Xəzər rayon Sukanal idarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonu Sukanal idarəsinin inzibati ərazisinə mərkəzi xətdən ötürülən suyun qəbulunda təzyiqdə müvəqqəti olaraq azalma müşahidə olunur. Bununla əlaqədar Xəzər rayonunun bir sıra ərazilərində gün ərzində suyun verilməsində fasilələr yaranır.
Ülkər Cəlilzadə / Metbuat.az