RU

Azərbaycan heç vaxt təzyiq qarşısında geri addım atmayacaq Günay Ağamalı

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Soydaşlarımızın Yekaterinburqda həbsi və ölümü ilə nəticələnən əməliyyatlar, eyni zamanda, Rusiya ərazisində yaşayan həmvətənlərimizin gündəlik həyatında üzləşdiyi çətinliklər təəssüf və narahatlıq doğuran hadisələrdir. Bu kimi proseslər, təbii olaraq, Bakı–Moskva münasibətlərində qarşılıqlı etimada kölgə salır və münasibətlərin gələcəyinə mənfi təsir göstərir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib. Millət vəkili xüsusilə vurğulayıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının təhlükəsizliyini ən ali prioritet sayıb və harada yaşamalarından asılı olmayaraq, bütün həmvətənlərimizin hüquqlarının qorunması üçün zəruri addımlar atmaqdadır:

“Rusiya tərəfinin davranışları, xüsusilə də Azərbaycana qarşı artan təxribatçı ritorika və addımlar, sanki ölkəmizin qızıl səbrini sınamağa hesablanmış təsir bağışlayır. Lakin unudulmamalıdır ki, Azərbaycan səbrini regionda sülhün təmin olunması naminə nümayiş etdirir. Azərbaycan heç vaxt təzyiq və şantajla görə geri addım atmayıb, atmayacaq da”.

Millət vəkili hesab edir ki, Odessada SOCAR-ın neft bazasına pilotsuz uçuş aparatları ilə hücum infrastruktur obyektinə zərbə Rusiyanın Vaşinqton görüşünə qarşı ünvanladığı mesaj kimi qiymətləndirilməlidir:

“Kreml eyni addımı görüşün keçirildiyi gündə təkrarlamışdı və bununla da planlı şəkildə sanki ölkəmizə gözdağı vermək cəhdləri edir. Lakin bu tip provokativ və qərəzli addımlar Azərbaycanı öz mövqeyindən əsla döndərə bilməz”,- deyə qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
50
metbuat.az

10Источники