Tramp tənqidlərə baxmayaraq, Ukraynadakı münaqişəyə son qoymağa qərarlı olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qərarlı olduğunu açıqlayıb. Sosial şəbəkədə yazdığı mesajda, "Prezident olsaydım, bu heç vaxt baş verməzdi. Mən nə etdiyimi dəqiq bilirəm və illərlə bu münaqişələr üzərində işləyib onları dayandırmaqda heç nə edə bilməyən insanların məsləhətinə ehtiyacım yoxdur. Onlar sağlam düşüncədən, intellektdən və anlayışdan məhrumdurlar, sadəcə Rusiya ilə Ukrayna arasındakı bu fəlakəti daha da çətinləşdirirlər," - deyə Tramp bildirib.
O, əlavə edib: "Bütün qeyri-ciddi və qısqanc tənqidlərimə baxmayaraq, həmişə etdiyim kimi bunu da həll edəcəm."
Məryəm Quliyeva