ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Ukrayna böhranının həlli üçün diplomatik səylərdən geri çəkilə biləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, Ağ Evdə mətbuat konfransı zamanı bildirib.
O, Putinlə görüşdə mümkün nizamlanma imkanlarını və parametrlərini öyrənmək niyyətində olduğunu qeyd edib.
"Mən geri çəkilə və sadəcə uğurlar arzulaya bilərəm. Bu da son olacaq. Deyə bilərəm ki, bunu həll etmək mümkün olmayacaq", - Tramp bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.