Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Balaxanı qəsəbəsində baş verib. Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Vüsal həmin qəsəbədə yerləşən fərdi yaşayış evində keçmiş arvadı Bahar (adlar şərtidir – red.) ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində mübahisə edib.
Baş vermiş mübahisə zamanı qəsdən əli ilə qadının sağ dirsək nahiyəsindən tutaraq burub və sol bud nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən təqsirlənirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurub və rəsmi nikahdan bir azyaşlı övladı var: “Ailəli olduğumuz müddət ərzində aramızda yaranan problemlərə görə məhkəmə qaydasında boşandıq. Buna baxmayaraq onunla eyni ünvanda yaşadıq”.
Vüsal qeyd edib ki, hadisə günü təxminən saat 21 radələrində işdən evə gəlib və hamam otağına girib: “Gördüm ki, Bahar uşağın ayaqqabılarını yuyub hamama qoyub. Ona iradımı bildirdim ki, ayaqqabılar hamamda qurumaz və onu çölə qoymaq lazımdır. Mənimlə söz mübahisəsi etməyə başladı və mübahisə getdikcə qızışdı. Bu vaxt qonaq otağında olan zaman əsəbiləşərək əlim ilə Baharın sağ dirsəyini tutaraq burdum və əlim ilə sol bud nahiyəsindən vurdum”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ərinə qarşı olan şikayətini geri götürüb.
Bu səbəbdən hakim Vüsalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Источники
-
avtosfer.azHəbsdən çıxan keçmiş məhkum kafedə ofisiantı döydü, yenidən tutuldu ( 20467221)
-
avtosfer.azHəbsdən çıxan keçmiş məhkum kafedə ofisiantı döydü, yenidən tutuldu ( 20467206)
-
demokrat.azBakıda gözdən əlil olan kişi qohumunu niyə qətlə yetirib? TƏFƏRRÜAT ( 20460237)
-
demokrat.azBakıda gözdən əlil olan kişi qohumunu niyə qətlə yetirib?— TƏFƏRRÜAT ( 20460171)
-
demokrat.az43 yaşlı kişi keçmiş arvadını döydü ( 20459691)
-
demokrat.az43 yaşlı kişi keçmiş arvadını döydü ( 20459628)
-
cebheinfo.azTanış olmaq istəməyən qızı döydü ( 20456649)
-
ulusum.azMoskva vilayətində musiqiyə görə qonşusunu qətlə yetirdi ( 20456466)
-
unikal.azPezeşkian nədən narahatdır? - İrəvana səfərin səbəbi məlum oldu ( 20451273)
-
publika.az66 yaşlı şəxs saxta ekstrasensin qurbanı oldu: 36 min manatlıq dələduzluq ( 20449689)