RU

Malatyada meşə yanğınları davam edir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Malatyanın Doğanyol rayonunda meşə yanğını baş verib, yanğınsöndürmə işləri davam etdirilir.

TurkicWorld xəbər verir ki, yanğın günorta saatlarında Yalınca kəndi yaxınlığındakı meşə sahəsində başlayıb. Hadisə ilə bağlı kənd sakinləri 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Əraziyə cəlb edilən yanğınsöndürənlər dərhal alovla mübarizəyə başlayıblar.

Fermerlər də təhlükə səbəbindən mal-qaranı tövlələrdən çıxararaq təhlükəsiz ərazilərə aparıblar. Yanğınsöndürənlər hazırda alovun geniş əraziyə yayılmasının qarşısını almaq üçün işlərini davam etdirirlər.

Qeyd edək ki, Türkiyənin müxtəlif bölgələrində yay aylarında meşə yanğınlarının artması müşahidə olunur.

Избранный
62
13
turkic.world

10Источники