RU

Legioner yuvası, yoxsa U-21-in bazası?

“Şamaxı” “Neftçi” ilə oyun üçün iştirak ərizəsini təqdim edərkən futbol ictimaiyyətini təəccübləndirdi.

Belə ki, komanda oyuna 9 legionerlə başladı. Rüfət Abbasovla Rafael Məhərrəmlidən başqa digər futbolçular legioner idi. Heç əcnəbi futbolçuların transferi ilə tanınan “Neftçi” belə bu qədər legionerlə başlamadı. U-21 üçün baza klubu sayılan “Şamaxı” ötən mövsüm - legioner limiti olanda gənc və yerli futbolçuların üzə çıxması ilə göz oxşayırdı. İndi isə 9 legionerlə oyuna başladı. Mətbuat konfransında bunun Ayxan Abbasovu narahat edib-edilmədiyi soruşuldu, o isə məcburiyyətdən belə etdiyini, əsas hədəfin elitada qalmaq olduğunu bildirdi.

Xatırladaq ki, Ayxan Abbasov bu ilin fevralından U-21-in də baş məşqçisidi.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
54
11
football-plus.az

10Источники