RU

Paşinyanın ruhanilərdən üzr istəməsinin PƏRDƏARXASI: Seçkilər öncəsi siyasi gediş, yoxsa… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə sosial şəbəkədə ruhanilərə qarşı işlədiyi ifadələrə görə ictimaiyyətdən üzr istəyib. Məsələ ictimai və siyasi dairələrdə geniş müzakirə olunur. Bəs, bu hadisə Paşinyanın Qarabağ və sülh prosesi ilə bağlı mövqeyinə dolayı yolla təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyətinin hazırkı addımları əsasən gələn il keçiriləcək parlament seçkilərinə hesablanıb:

“Hal-hazırda Nikol Paşinyanın əsas hədəfi növbəti parlament seçkilərində qələbə qazanmaq və siyasi mövqelərini qorumaqdır. ABŞ-da imzalanmış üçtərəfli anlaşma da bu baxımdan Paşinyana müəyyən siyasi dividendlər vəd edir. Qərb dairələrinin mövqeyini nəzərə alsaq, Ermənistanda qərbə inteqrasiya tərəfdarları da bundan məmnundurlar”.

Politoloqun sözlərinə görə, Paşinyanın qarşısında duran ən böyük maneə Rusiyanın təsir şəbəkəsidir:

“Rusiyanın casus strukturları, erməni oliqarxları və radikal revanşist düşərgə Azərbaycanla sülh müqaviləsinin əleyhinə çıxırlar. Erməni kilsəsi də bu dairələrə daxildir. Seçki ərəfəsində Paşinyan əvvəlcə kilsəni zəiflətməyə çalışırdı. Lakin Ukrayna müharibəsində vəziyyət dəyişdikcə hökumət də ehtiyatlı davranmağa başlayıb”.

Ekspert hesab edir ki, Paşinyanın ruhanilərə üzrxahlıq jesti sırf siyasi məqsədlərə xidmət edir:

“Seçkiqabağı dövrdə erməni kilsəsinin cəmiyyətə təsirini nəzərə alaraq, Paşinyan kilsəni tamamilə müxalifətə keçməsindən yayınmağa çalışır. Bu, birbaşa seçkilərin taleyinə hesablanan addımdır. Ona görə də baş nazirin ruhanilər qarşısında üzr istəməsi siyasi maraqlardan qaynaqlanır və əsas məqsəd seçkilərdə mövqelərini möhkəmləndirməkdir”.

Aynurə İsmayıl,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
48
konkret.az

10Источники