AZ

Erməni ekspertdən nağıl: “Yalnız erməni ordusu Azərbaycanın qarşısını ala bilər”

Ermənistanda mövcud siyasi ekspert və politoloqların bir qismi Azərbaycanla sülh danışıqları və sazişinin razılaşdırılmasına üzdə əlehidar olmasalar da, arxa planda buna qarşı çıxırlar.

Tribunainfo.az xəbər verir ki, onlar alternativ olaraq Ermənistanın hərbi cəhətdən gücləndirilməsini təklif edirlər.

Erməni politoloq Benjamin Matevosyan bu barədə deyib ki, Azərbaycanla güc balansı yeni münaqişələrin yaranma ehtimalını minimuma endirə bilər. Onun iddiasına görə, bunun üçün Ermənistan ordusu gücləndirilməli və yeni silahlar alınmalıdır.

P.S. Bu adamlar hələ də tarixdən nəticə çıxarmayıblar. Təkcə, 44 günlük müharibədə nəinki separatçılra və Ermənistan ordusu, habelə Rusiya və Fransanın verdiyi dəstək də heç bir işə yaramadı. Azərbaycan Ordusu hamısını əzərək, üzərindən keçdi və torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra Ermənistan hər nə qədər silahlansa belə, heç bir işə yaramayacaq. Bu əbləhləri də başa salmaq lazımdır ki, silaha xərclədikləri pulları ölkələrinin rifahına sərf etsinlər və bölgədə sülhün bərpa olunmasına çalışsınlar. Yoxsa, daha ağır nəticələrlə üzləşməli olacaqlar.

Fərda Uğur

Seçilən
23
50
tribunainfo.az

10Mənbələr