RU

Qonşu ölkələr arasında ən yüksək gedişhaqqı Azərbaycandadır – Siyahı


Bu yaxınlarda Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən birinin – “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri mətbuata verdiyi açıqlamada iddia edib ki, sosial dövlət prinsipləri əsas götürüldüyü üçün sərnişindaşıma tarifləri (gedişhaqqı) şirkətin əməliyyat xərclərini belə tam şəkildə ödəməyə imkan vermir.
Yeniavaz.com
-un apardığı araşdırma isə göstərir ki, Azərbaycanla müqayisədə yanacaq qiymətlərinin və orta aylıq əməkhaqqının yüksək olduğu qonşu ölkələrdə sərnişindaşıma tarifləri daha aşağıdır.
Qeyd edək ki, hazırda ictimai nəqliyyatda ən çox istifadə olunan yanacaq növü dizel hesab edilir. Dizelin bir litrinin qiyməti Azərbaycanda 0,59 sent (1 manat) təşkil edir. Bu isə qonşu ölkələr arasında ən aşağı qiymət hesab edilir. Eyni zamanda onu da qeyd edək ki, qonşu ölkələrdə orta aylıq əməkhaqqı Azərbaycandan yüksək olsa da, həmin ölkələrdə ictimai nəqliyyatdakı gediş qiymətləri daha aşağıdır. Qonşu ölkələrdə qiymətlərin aşağı olmasının əsas səbəbi isə bu ölkələrdə diferensial (gediş sayı və günlərə əsasən) traiflərin tətbiq olunması ilə bağlıdır.
Cədvəldə qonşu ölkələrdə yanacağın (dizel) qiymətini, orta aylıq əməkhaqqını və gündə 4 dəfə ictimai nəqliyyatdan istifadə edildiyi halda bir gedişin qiymətini təqdim edirik:


Elnur Əli
Избранный
14
7
yeniavaz.com

10Источники