
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 140,9 saat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,9 saat çox – 141,8 saat olub.
Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ay ərzində orta hesabla 147,7 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 0,6 saat azdır.
Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 133,2 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 saat az olub.

Elnur Əli