RU

Rəqəmsal alətlər uşaqların öyrənməsinə necə rol oynayır? - MÜNASİBƏT BİLDİRİLDİ

“Rəqəmsal alətlər uşaqların öyrənməsinə çoxşaxəli təsir göstərir. Rəqəmsal oyunlar, interaktiv videolar və animasiyalar öyrənməni daha cəlbedici edir. Quru mətnlərdən fərqli olaraq vizual və səsli materiallar uşağın diqqətini cəlb edir və uzunmüddətli motivasiya yaradır". Bunu təhsil eksperti Elşən Qafarov SİA-ya açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, hər bir uşağın öyrənmə sürəti və tərzi fərqlidir: "Rəqəmsal platformalar, məsələn, adaptiv testlər və öyrənmə tətbiqləri, uşağın səviyyəsinə uyğun tapşırıqlar təqdim edərək zəif şagirdin geridə qalmamasına, güclü şagirdin isə əlavə inkişaf etməsinə şərait yaradır. İnternet və təhsil platformaları uşaqlara müxtəlif dillərdə və üslublarda resurslar təqdim edir, beləliklə, uşaq yalnız dərsliklə kifayətlənmədən daha geniş dünyagörüş qazanır. Onlayn alətlər uşaqlara qrup işində iştirak imkanı verir, forumlar və ortaq layihə platformaları vasitəsilə həm sosial bacarıqları inkişaf edir, həm də bilik mübadiləsi güclənir. Rəqəmsal proqramlar, məsələn, video-montaj, qrafik dizayn və kodlaşdırma alətləri, uşaqlarda yaradıcılığı artırır, interaktiv tapşırıqlar və simulyasiyalar isə tənqidi düşünmə vərdişlərini formalaşdırır".

E.Qafarov fikirlərinə davam edərək bildirdi ki, müəllimlər rəqəmsal platformalarda uşaqların nəticələrini anlıq izləyə bilir, bu isə sürətli geribildirim vermək və öyrənməni effektiv idarə etmək üçün əvəzsizdir: "Amma həddindən artıq ekran vaxtı uşağın sağlamlığına mənfi təsir göstərə bilər. İnternet təhlükəsizliyi və məzmunun keyfiyyəti üzərində valideyn və müəllim nəzarəti mütləqdir”.

Müəllif: Fatimə Əliyeva
Избранный
7
50
sia.az

10Источники