RU

Vaşinqtondakı görüş Zelenski üçün ağır keçəcək POLİTOLOQ FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən həftələrdə ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni dayanadırmaqla bağlı təhdid ritorikasını seçmişdi. Hətta bunun üçün Rusiyaya 10 gün vaxt da vermişdi. Buna baxmayaraq, ötən həftə Putinin Alyaskaya səfəri, Trampla görüşü baş tutdu və bu zaman Putinin müharibəni dayanadırmaq üçün bəzi şərtləri açıqlandı.

Avtosfer.az xəbər verir ki, Alyaskadakı görüşdən sonra Trampın Rusiyaya qarşı münasibətlərində kəskin dəyişiklik Ukraynanı narazı saldı. Zelenski də öz açıqlamasında Putinin şərtləri ilə razılaşmayacaqlarını və Alyaska görüşünün Ukraynaya yaxşı heç nə vəd etmədiyini bildirmişdi.

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında politoloq, “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ Prezidenti Donald Tramp fikrini tez-tez dəyişən liderlərdəndir. Yəni, dünən dedikiləri ilə bugün dedikləri arasında hər zaman böyük fərqlər olur.

“Əvvəlcə deyirdi ki, Rusiyaya sanksiyalar tətbiq edəcəm ki, müharibəni dayandırsın. Alyaska görüşündən sonra tam tərsini dedi, bildirdi ki, sanksiyalar mənim üçün arxa plana keçir. Faktiki olaraq, demək istəyir ki, Ukrayna prezidenti gələr, Rusiya prezidentinin şərtlərini - ərazi itikisini qəbul edər. Zelenski çox ağır seçim qarşısındadır. Əlbəttə, o, güzəştə getmək istəmir, Konstitusiya da buna imkan vermir. Çünki güzəşdə getsə, gərək xalqına da izah etsin ki, niyə ərazilərindən imtina edir. Amma Trampa yox demək də asan deyil. Çünki bir dəfə orada, Ağ Evdə artıq bir qalmaqal yaşandı, ikinci dəfə eyni qalmaqalı Zelenski yaşamaq istəmir. Ona görə Avropa liderləri də Zelenskini tək buraxmırlar Vaşinqton qarşısında. Amma, açıq-aşkar Trampın Rusiyaya qarşı sanksiyalar tədbiq edəcəyi ehtimalı azalıb.

Üstəgəl, Tramp və onun administrasiyası Rusiyadan neft alan ölkələrə qarşı da sanksiyalar tədbiq edəcəyini açıqlamışdı. Amma artıq bu məsələdə də geri çəkilmə var. Dövlət katibi Rubio da vurğulayıb ki, Çinə qarşı sanksiyaların effekti olmayacaq. Bu, o deməkdir ki, Çinə və Hindistana qarşı planlaşdırılan sanksiyalar işləməyəcək. Çünki bu iki ölkə məhz Rusiyadan ucuz neft alır. Yəni, Tramp verdiyi vədlərin əksinə olaraq, Rusiya ilə münasibətlərin normallaşmasının tərəftarı kimi çıxış edir.

Rusiyası işğalı dayandırmaq istəmir. Rusiyanın şərtləri çox ağırdır. Putin istəyir ki, Ukrayna Donbasdan imtina etsin. Amma bunun qarşılığında Ukrayna nə qazanacaq, bu da bəlli deyil. Bütün bunlar ondan xəbər verir ki, Vaşinqtondakı bugünkü görüş Zelenski üçün çox ağır keçəcək”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
50
avtosfer.az

10Источники