RU

Çində robotlar uşaq dünyaya gətirəcək

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çində, Quandjou şəhərində fəaliyyət göstərən Kaiwa Technology şirkəti insanabənzər hamilə robot üzərində çalışır.

Robotun süni bətni sayəsində uşaq döllənmədən doğuma qədər daşına biləcək. İşin texnoloji tərəfi bir yana qalsın, ortya etik məsələlər çıxır.

Robotun texnoloji özəllikləri:

–Süni uşaqlıq: Fetus (döl) süni amniotik maye içində inkişaf etdirilir, borularla qidalanır;

–İnsanabənzər robot: Robot inkubator rolunu oynamaqla bərabər həm də insan görünüşlüdür;

2026-dən satışa çıxarılacaq robotun qiyməti 100 000 yuan (14 000 dollar) olacağı gözlənilir.

Müzakirə olunan ən önəmli xüsusun yeni doğulan uşağın “ana” ilə arasındakı təbii bağın itirilməsi, təbii prosesin pozulmasıdır.

Texnologiya infertil cütlüklər üçün yeni imkanlar aça bilər. Lakin təbii hamiləliyin fizioloji və psixoloji aspektlərinin itməsi, uşaq və ana hüquqları ilə bağlı suallar hələ cavabsız qalır.

Çin hamilə robot texnologiyasını inqilabi bir addım kimi təqdim etsə də ölkələrin cavabsız suallr qarşısında hansı addımlar atacağı ciddi müəmma təşkil edir.

İbrahim NƏBİOĞLU 

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
8
azpost.info

10Источники