Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, xüsusilə, Böyük Britaniya hakimiyyəti bir layihə üzərində işləyir. Məlumata görə, bu layihə çərçivəsində cinayətlərin baş verə biləcəyi yerləri öncədən proqnozlaşdıran süni intellekt əsaslı sistemin yaradılması planlaşdırılır. “Safe Streets” (Təhlükəsiz küçələr) adlı hökumət proqramı çərçivəsində hazırlanmaqda olan yeni texnologiyanın hüquq-mühafizə orqanlarına süni intellektin proqnozlarına əsasən cinayətlərin başvermə ehtimalının yüksək olduğu yerlərdə qabaqlayıcı tədbirlər görməyə imkan verəcəyi gözlənilir. Sistemə daxil edilmiş hüquq pozucularının davranış xüsusiyyətləri, həmçinin polis, sosial xidmətlər və digər qurumlardan əldə edilən məlumatlar təhlil ediləcək və onların əsasında proqnozlar veriləcək. İlk mərhələdə real vaxt rejimində mümkün cinayətlərin baş verə biləcəyi yerləri proqnozlaşdırmaq üçün əsas olacaq cinayətkarlıq xəritəsinin hazırlanması nəzərdə tutulur. Layihənin 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılır. Böyük Britaniya hökuməti ümid edir ki, bu texnologiyanın tətbiqi hüquq-mühafizə orqanlarının daha səmərəli işləməsinə imkan verəcək və cinayətkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq. Bununla belə, bəzi mütəxəssislər qeyd edirlər ki, bu texnologiyadan istifadə zamanı maksimum ehtiyatlı olmaq və müəyyən şəxslərə və ya icmalara qarşı sui-istifadə hallarına yol verməmək vacibdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta