RU

Ronen Krausz: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır

İsrail-Azərbaycan münasibətləri, həqiqətən də, strateji xarakter daşıyır.

BAKU.WS repot-a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

Diplomat iki ölkənin liderləri və xalqları arasında əsl dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Səfir, eyni zamanda, Azərbaycanda yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğulayıb.

Избранный
18
22
far.az

10Источники