RU

Ukraynanın energetika naziri : Ukrayna Azərbaycan qazının idxalını davam etdirə bilər

Azərbaycan qazının Transbalkan dəhlizi vasitəsilə Ukraynaya nəqlini nəzərdə tutan pilot layihə artıq başa çatıb. Hazırda bu cür tədarüklərin davam etdirilməsi üçün yeni müqavilənin hazırlanması üzərində iş aparılır.

APA xəbər veriri ki, bu barədə “RBK-Ukrayna”ya verdiyi açıqlamada Ukraynanın Energetika naziri Svetlana Grinçuk bildirib.

“Hazırda danışıqlar aparırıq. Azərbaycan bu məsələdə maraqlıdır. Əgər müqavilə imzalansa, (qaz tədarükünü 2025-ci ildə də – red.) davam etdirəcəyik”, – deyə Grinçuk qeyd edib.

Nazir əlavə edib ki, bu sahədə risklər də mövcuddur, çünki son vaxtlar ruslar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları artırıblar.

Избранный
35
50
apa.az

10Источники