RU

Alyaska sammitindən sonra Trampın reytinqi yüksəlib

ABŞ Prezidenti Donald Trampın reytinqi Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra kəskin şəkildə yüksəlib.

Missiya.Az xəbər verir ki, bu, "Insider Advantage" tədqiqat xidmətinin keçirdiyi araşdırma nəticəsində məlum olub.

Alyaska sammitindən sonra Amerika liderinin reytinqi 54%-ə çatıb, respondentlərin 44%-i onun fəaliyyətini bəyənmir, daha 2%-i isə hələ də qərarsızdır. 

Bildirilib ki, Trampın reytinqi əsasən afroamerikalılar və Latın Amerikası mənşəli insanlar arasında yaxşılaşıb.

Qeyd edək ki, "Insider Advantage" sorğusu avqustun 15-dən 17-dək aparılıb. 

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
2
7
missiya.az

10Источники