AZ

Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib

ABŞ Prezidenti Donald Trampın reytinqi Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra kəskin şəkildə yüksələrək 54%-ə çatıb. Göstərici əsasən afroamerikalılar və Latın Amerikası mənşəli insanlar arasında yaxşılaşıb.

Tribuinainfo.az -ın məlumatına görə, bu, “Insider Advantage” tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələrindən bəlli olur.

Bununla belə, respondentlərin 44%-i, əsasən yaşlı sakinlər ABŞ liderinin fəaliyyətini bəyənmirlər.

Bundan əlavə, sorğuda iştirak edənlərin 2%-i onun işini bəyənib-bəyənmədikləri barədə hələ qərar vermədiklərini bildiriblər.

Sorğu 15-17 avqust tarixlərində keçirilib. Xəta payı 3,09 faiz bəndi təşkil edib.

Seçilən
0
3
tribunainfo.az

10Mənbələr