RU

Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşmək üçün Vaşinqtona gəlib. Zelenski Vaşinqtona Trampla görüşmək üçün gəldiyini və daha sonra Avropa liderlərinin iştirakı ilə görüşün keçiriləcəyini bildirib. Görüş ərəfəsində Tramp Zelenskini Krımı və NATO üzvlüyündən imtina etməyə çağırıb. Bəs Zelenski və Avropa liderlərinin bu çağırışa reaksiyası necə olacaq?
Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə eyib ki, bu gün baş tutacaq görüşdə müsbət nəticə əldə olunmayacaq. Siyasi şərhçinin sözlərinə görə, Donald Trampın Putin  ilə Alyaskada əldə etdiyi iddia olunan razılaşma beynəlxalq siyasətdə ciddi narahatlıq doğurur:
 
 “Söhbət Donbasın Rusiyaya verilməsi, Krımın ilhaqının tanınması və Zelenskinin Ukraynanın NATO üzvlüyündən imtinası kimi şərtlərdən gedir. Bu, ilk növbədə Avropa ölkələrinin geosiyasi maraqlarına ziddir və Ukraynanın parçalanması anlamına gəlir.
Rusiya Ukraynaya hücum edəndə məqsəd bütün ölkəni işğal etmək idi. Lakin Qərbin güclü siyasi və hərbi dəstəyi nəticəsində Kreml planlarını dəyişməyə məcbur oldu və indi Donbas və Krımla kifayətlənirmiş kimi görünür. Moskva sülhə hazır olduğunu göstərsə də, bu yanaşma beynəlxalq hüquqa tamamilə ziddir. Əslində, Rusiya sadəcə nəfəs almağa, qüvvələrini toparlamağa çalışır. Bu isə gələcəkdə Şərqi Avropa və digər postsovet ölkələrinə yeni hücumların başlanması demək ola bilər.
 
Tramp isə müharibəni dayandırmaq üçün “sülh təşəbbüsü” irəli sürür. Amma onun sülh anlayışı Ukrayna və Avropa üçün qəbuledilməzdir. Çünki bu, əslində, Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsi, dövlətin parçalanması və bir neçə ildən sonra yeni işğal dalğasının başlanması deməkdir. Ukrayna bu şərtləri qəbul edə bilməz, Avropa liderləri də Trampa qarşı çıxaraq Rusiyaya qarşı daha sərt hərbi və iqtisadi təzyiqlərin artırılmasında israr edəcəklər.
 
Məsələ ondadır ki, Tramp müharibənin ədalətli nəticələnməsində deyil, sadəcə atəşkəsin əldə olunmasında maraqlıdır. Onun təqdim etdiyi şərtlərə görə, indiki cəbhə xəttində atəşkəs elan edilməli və sonrakı mərhələdə danışıqlar aparılmalıdır. Bu isə Rusiyanın Ukraynada müəyyən uğur əldə etməsinə, özünü qalib kimi təqdim etməsinə, digər region ölkələrinə qarşı aqressiv siyasətinə gətirib çıxaracaqdır”
 
Mehin Mehmanqızı
 
Избранный
70
50
moderator.az

10Источники