Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın reytinqi Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra kəskin şəkildə artaraq 54%-ə çatıb. Əsasən, göstərici afroamerikalılar və Latın Amerikası mənşəli insanlar arasında yaxşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Insider Advantage tədqiqat xidmətinin sorğusunun nəticələrindən bəlli olur.
Bununla belə, respondentlərin 44%-i, əsasən yaşlı sakinlər, ABŞ liderinin fəaliyyətini bəyənmirlər.
Bundan əlavə, sorğuda iştirak edənlərin 2%-i onun işini bəyənib-bəyənmədikləri barədə hələ qərar vermədiklərini bildiriblər.
Sorğu 15-17 avqust tarixlərində keçirilib. Xəta payı 3,09 faiz bəndi təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.