RU

27 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Yasamal rayonunda keçirilən əməliyyatlar nəticəsində 27 kiloqram narkotik aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı 18 büküm ümumi çəkisi 11 kiloqram 465 qram olan marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer - əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, 3 kiloqram 200 qram tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.

Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümümilikdə 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Избранный
64
50
sia.az

10Источники