RU

Bakı Ali Neft Məktəbinin 34 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarının 20 faizi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsinə qəbul olunub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, məzunlar ABŞ, Böyük Britaniya, Almaniya və Avstraliya kimi ölkələrin aparıcı universitetlərində təhsillərini davam etdirəcəklər. Onlar Stanford Universiteti, Kolumbiya Universiteti, London İmperial Kolleci, London Universitet Kolleci, Birminhem Universiteti, London Kral Kolleci, Edinburq Universiteti, Mançester Universiteti, Karnegi Mellon Universiteti, Şeffild Universiteti, Lids Universiteti, Qlazqo Universiteti, Axen Reyn-Vestfaliya Texniki Universiteti, Sidney Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
17
azertag.az

10Источники