RU

Almaniyalı mütəxəssis "Şamaxı"nın akademiyasında

Məşhur almaniyalı mütəxəssis Bernd Ştange "Şamaxı" Futbol Klubunun akademiyasında çalışan və Ağsu şəhərindən olan məşqçilərlə görüş keçirib.

İdman.biz xəbər verir ki, Şamaxı şəhəri Yaradıcılıq Mərkəzində baş tutan görüş "Şamaxı" klubunun İdarə Heyətinin sədri Elçin Usubun çıxışı ilə başlayıb.

Daha sonra Ştange məşqçiliklə bağlı fikirlərini bildirib, öz təcrübəsini paylaşıb.

Tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb. Sonda xatirə şəkili çəkdirilib.

İdman.biz

Избранный
11
50
idman.biz

10Источники