Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Odessada Azərbaycanın dövlət neft şirkətinin neft infrastrukturu obyektlərinə qəsdən hücum edib.
Operativ Media xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifəsində yazıb.
"Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir", - deyə Zelenski vurğulayıb.