RU

Dini ayin və mərasimlərin keçirilməsində gizli mesajlar olur Deputat

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İctimai yerdə dini ayin və mərasim keçirmək üçün icazə tələb olunur. Bu qəbildən olan kütləvi tədbirlər üçün mütləq aidiyyəti dövlət qurumunun razılığı olmalıdır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, dini ayin və mərasimlərin keçirilməsində gizli mesajlar və məqsədlər olur:

"Dini ayin və mərasimin keçirilməsində mütləq şəkildə gizli mesajlar və məqsədlər də olur. Polisin bu cür ayin və mərasimlərin qarşısını almasını dəstəkləyirəm. Onlar bu sahədə ciddi və güzəştsiz hərəkət etməsə, ölkə xaosa çevrilər. Azərbaycan dünyəvi dövlətdir və heç kimin onu başqa səmtə yönəltməyə ixtiyarı yoxdur və bu cür yanaşmaların, eyni zamanda dini ayin və mərasimlərin keçirilməsinin qarşısı qətiyyətlə alınmalıdır".

Qeyd edək ki, bu gün bir qrup şəxs Xəzər rayonunda ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərib.

Onlar polis tərəfindən saxlanılaraq həbs ediliblər.

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
50
azxeber.com

10Источники