RU

Küçədə itlərə yem vermək hüquqi baxımdan qadağan edilə bilərmi?

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Küçədə itə yemək vermək heyvansevərlikdir.

Bəs bunun başqa tərəfləri varmı?

Qanun bu barədə nə deyir?

Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya açıqlama verib.

O, deyib:

Azərbaycan qanunvericiliyində küçə itlərinə yem vermək ümumi şəkildə qadağan olunmur. Əksinə, “Heyvanların Mühafizəsi haqqında” Qanun heyvanlara qarşı qəddarlığı qadağan edir və onlara zərər verməmək öhdəliyini müəyyənləşdirir. Lakin bir sıra hallarda bu fəaliyyət yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən məhdudlaşdırıla bilər:

1)Əgər yemləmə prosesi ictimai asayişi pozursa və ya izdihama səbəb olursa.

2)Əgər qida qalıqları ətraf mühitin çirklənməsinə, xoşagəlməz qoxuya və ya sanitariya qaydalarının pozulmasına gətirib çıxarırsa.

3)Əgər həmin ərazidə insanlara hücum edən, təhlükəli hesab edilən heyvanlar varsa və yemləmə onların yığılmasına səbəb olursa.

Belə məhdudiyyətlər yalnız sanitariya və ictimai təhlükəsizlik məqsədilə, rəsmi qərar əsasında tətbiq oluna bilər. Qanunla heç kəs özbaşına “qadağa” qoya bilməz.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
96
41
icma.az

10Источники