RU

Braziliya millisinin sabiq futbolçusu “Turan Tovuz”a keçdi

Son olaraq İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan Enrike Silva “Turan Tovuz”a keçib.

Klubdan HİT.az-a verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Lion”un formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandasının üzvü olub.
 

Избранный
9
16
hit.az

10Источники