RU

18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan rəsmi boşanmaların sayı məlum olub

Azərbaycanda ötən il 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan rəsmi boşanmaların sayı 21 min 384 olub.

"Report"un əldə etdiyi məlumata görə, bu rəqəm 2023-cü ildə 21 min 688 olub.

Belə ki, keçən il ölkədə qeydə alınan boşanmalardan 10 min 364-ü övladı olmayan ailələrdir. Bir uşağı olan və rəsmi şəkildə nikahı pozulan ailələrin sayı isə 4 min 368 olub. 6 min 652 boşanma isə iki və daha çox uşaqlı ailələrin payına düşüb.

Həmçinin boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 19 min 632 olub.

Ötən il hər 100 boşanmaya görə düşən ümumi uşaqların sayı isə 178-dir. Bu rəqəm 2023-cü illə müqayisədə eyni qalıb.

Избранный
14
15
report.az

10Источники