RU

“Reytinqlərdə geri qalma onu göstərir ki, güclü investisiya lazımdır” İlham Əhmədov

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata görə, tibb ixtisası üzrə təhsil haqqı 6 500 AZN, stomatologiya üzrə 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5 000 AZN müəyyən edilib.

Bəs bu artımın səbəbi nədir?

 Gununsesi.info-ya danışan dosent İlham Əhmədov vurğulayıb ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var:

“Obyektiv səbəb ondan ibarətdir ki, ilbəil müəyyən inflyasiya gedir, qiymətlər dəyişir və maaşları artırmaq lazım gəlir. Universitetlərdə çalışan professor, müəllim və texniki heyətin də maaşı yüksəlməlidir, bu da təhsil haqqının artmasını tələb edir. Eyni zamanda, kommunal xərclər və digər xidmətlərin qiymətləri də qalxır, bu da ümumi xərclərə təsir edir.

İkinci əsas səbəb universitetlərin publik hüquqi şəxs olmasıdır. Azərbaycan universitetləri hələ publik hüquqi şəxs olmağa tam hazır deyil. Son 30 ildə universitetlərə dövlət tərəfindən kifayət qədər investisiya qoyulmayıb, maddi-texniki baza zəifdir, laboratoriyalar və kitabxana resursları yetərli səviyyədə deyil. Avropa və Türkiyə universitetləri ilə müqayisədə universitetlərimiz xeyli geri qalır. Bu vəziyyət investisiyaların yetərli olmaması ilə bağlıdır”.

İlham Əhmədov vurğulayıb ki, belə bir baza olmadan universitetlərin publik hüquqi şəxsə çevrilməsi və yalnız təhsil haqqı hesabına maliyyələşməsi, onların normal fəaliyyətinə və inkişafına kifayət qədər dəstək vermir.

“Mövcud maliyyə imkanları universitetlərin varlığını təmin edir, amma inkişafına imkan yaratmır. Reytinqlərdə geri qalma, rəqəmsallaşma səviyyəsinin aşağı olması və innovativ fəaliyyətin zəifliyi göstərir ki, universitetlərə güclü investisiya lazımdır”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
17
icma.az

10Источники