RU

Türkiyə Şərqi Aralıq dənizində güc balansını dəyişir

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin İspaniya və İtaliya ilə dərinləşən müdafiə əməkdaşlığını Afinada “ciddi təhlükə” hesab edirlər. Afinadakı qiymətləndirmələrə görə, Ankaranın iki mühüm Cənubi Avropa ölkəsi ilə strateji ittifaq qurması Türkiyənin Şərqi Aralıq dənizi və onun hüdudlarından kənarda çəkindirici qüvvəsini gücləndirir.Reyting.az xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı qəzeti “Kathimerini” yazıb. Türkiyənin İspaniya ilə uzun müddətdir davam edən hərbi əlaqələri MUGEM adı ilə tanınan 300 metrlik milli təyyarə gəmisi layihəsi ilə yeni ölçü götürüb. Türkiyənin TCG Anadolu kanalı da ispaniyalı Xuan Karlosdan sonra modelləşib.Madrid təkcə dənizçilik məsələlərində deyil, həm də hava gücündə Ankaraya üstünlük verir. Yunan mətbuatının yazdığına görə, İspaniya öz “Eurofighter” tədarükünü təxirə salaraq, Türkiyəyə daha tez 40 döyüş təyyarəsi alması üçün yaşıl işıq yandırıb.Hesabatda qeyd olunur ki, bu paketə Oman və Qətərdən 28 yeni təyyarə və 12 ikinci əl model daxildir. Bildirilir ki, Türkiyə donanmasının əsas hissəsini təşkil edən “Airbus” nəqliyyat təyyarələri İspaniya fabriklərinin dəstəyi ilə gücləndirilib. Həmçinin, Ankara və Madrid helikopter, peyk və təlim təyyarələri sahəsində də birgə layihələr həyata keçirir.“Kathimerini” Türkiyə ilə İtaliya arasındakı əlaqələrin eyni dərəcədə təsiredici olduğunu vurğulayıb. Məlumata görə, iyun ayında Türkiyənin müdafiə nəhəngi “Baykar” İtaliyanın “Piaggio Aerospace” şirkətini alıb, yeni texnologiyalara çıxış əldə edib və Avropa İHA bazarına güclü şəkildə daxil olub. “Baykar”ın “Leonardo” ilə Avropa üçün yeni pilotsuz uçuş aparatları hazırlamağa başladığı da bildirilir.Həmçinin türk şirkətlərinin İtaliyanın “Beretta”, MES və “Magnaghi Aerospace” şirkətləri ilə əməkdaşlıq etdiyi və bunun “atıcı silahlardan ağır döyüş sursatı və təyyarə hissələrinə qədər hərtərəfli istehsal zənciri yaratdığı” qeyd edilib. Vertolyotların, dəniz patrul təyyarələrinin, peyk sistemlərinin birgə istehsalı da davam edir və Türkiyənin İtaliyaya raket tədarük etdiyi bildirilir.Hesabatda vurğulanır ki, Ankara ilə Roma arasında əməkdaşlıq təkcə müdafiə sahəsi ilə məhdudlaşmır. İki ölkənin Liviya siyasətləri üzərində yaxından işlədiyi, Madridin isə Yaxın Şərq məsələlərində Türkiyə ilə həmrəy olduğu vurğulanıb.Yunan mətbuatı yazır ki, bu geniş əməkdaşlıq Türkiyənin bölgədə hərbi çəkindirici imkanını gücləndirir, Afinada və Cənubi Kipr Rum Administrasiyasında ciddi narahatlıq yaradır. Məqalədə “Türkiyənin İspaniya və İtaliya ilə birlikdə inkişaf etdirdiyi müdafiə proqramları ilə Şərqi Aralıq dənizində güc balansı dəyişir və Ankara bunu öz xeyrinə çevirir”,- ifadəsi işlədilib.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
22
reyting.az

10Источники