RU

WP: Zelenski Trampı qəzəbləndirmədən mövqeyini müdafiə etməyə çalışacaq...

Ukrayna lideri ABŞ prezidentinə təkliflərinin qeyri-reallığını izah etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, ZAğ Evdə keçiriləcək görüşdə Ukrayna prezidenti Vladimir Zelenski ehtiyatlı davranaraq həm Donald Trampı qəzəbləndirməməyə, həm də onun son sülh təkliflərinin qeyri-realist olduğunu izah etməyə çalışacaq. The Washington Post yazır ki, bu barədə ekspertlər və ukraynalı siyasi dairələr xəbərdarlıq ediblər.

Xüsusilə, Kiyev fevral ayında baş vermiş və qalmaqalla yadda qalan Oval kabinet görüşünün təkrarlanmasından çəkinir. Həmin görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens də iştirak etmişdi. Tramp administrasiyasının anonim nümayəndəsinin açıqlamasına görə, Vens bazar ertəsi Zelenski ilə keçiriləcək yeni görüşə də qatılacaq.

Bu dəfə Vensin mövqeyinin daha yumşaq ola biləcəyi istisna edilmir. O, yaxın günlərdə Böyük Britaniyadan qayıdıb və burada britaniyalı həmkarları ilə yanaşı, digər Avropa rəsmiləri ilə də dostcasına diplomatik danışıqlar aparıb.

Məlumata görə, bu ay Britaniyanın xarici işlər naziri Deyvid Lemminin iqamətgahında keçirilən görüşdə Vens və Avropa rəsmiləri, o cümlədən ukraynalı nümayəndələr Trampın Alyaskada Vladimir Putinlə keçirəcəyi görüş ərəfəsində ortaq strategiya hazırlamağa çalışıblar.

Avropa rəsmiləri isə hələ də Trampın bazar ertəsi göstərəcəyi davranışdan narahatdırlar. Onların fikrincə, Ankoricdə baş tutan son sammit Rusiya prezidenti Vladimir Putin üçün qırmızı xalça ilə qarşılanma daxil olmaqla əhəmiyyətli imic qələbəsi olub.

Adının açıqlanmasını istəməyən ukraynalı rəsmilərdən biri isə bildirib ki, Zelenski heç bir halda Donbasın güzəştə gedilməsini nəzərdə tutan razılaşmaya razılıq verməyəcək.

Poliqon.info

Избранный
91
50
poliqon.info

10Источники