RU

FT: Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmadan cəbhə xəttində güzəştə getməyə hazırdır

Ukrayna prezidenti Vladimir Zelenski hazırkı cəbhə xəttini dondurmağa hazırdır, lakin Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasına razı deyil. O, bunu avqustun 18-i axşam saatlarında amerikalı həmkarı Donald Trampla görüşdə müzakirə edəcək.Bu barədə “Financial Times” yüksək rütbəli ukraynalı məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, cənab Zelenskinin Ağ Evdəki danışıqlarında məqsədi “Ukraynanı qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atmağa məcbur etmədən, sülh yolu ilə həllin məhsuldar prosesidir”. Bu məqsədlə o, ukraynalıların qəbul edəcəyi güzəştə getməyə hazırdır.

KİV-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması tələbini Rusiya prezidenti Vladimir Putin Alyaskada keçirilən sammit zamanı irəli sürüb. Bunun müqabilində Rusiya cəbhə xəttini dondurmağa hazırdır. “Reuters” xəbər verir ki, Ukrayna prezidenti cənab Trampla söhbətində bu təklifi rədd edib.

ABŞ prezidentinin cədvəlinə əsasən, Vladimir Zelenski ilə görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Daha sonra Avropa ölkələri - Böyük Britaniya, Fransa, İtaliya və Almaniya başçılarının iştirakı ilə danışıqlar planlaşdırılır. Görüşdə ABŞ-ın vitse-prezidenti J.D.Vens, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edəcək.

Almaz Həsənli

Избранный
71
50
oxumeni.az

10Источники