RU

Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Əliyar

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq.

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək.

Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Избранный
18
50
xalqcebhesi.az

10Источники